Çin avtomobilləri kütləvi sıradan çıxır - ŞOK SƏBƏB

Çin avtomobilləri kütləvi sıradan çıxır - ŞOK SƏBƏB
DÜNYA
23:21 08.08.2026
2586
Rusiyada Haval, Chery, Geely, Changan, Exeed, Omoda və Jetour kimi Çin avtomobillərinin sahibləri mühərrik və yanacaq sistemlərində yaranan nasazlıqlar səbəbindən avtomobillərini kütləvi şəkildə servislərə aparmağa başlayıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.

Teleqram kanalının iddiasına görə, problemin əsas səbəbi çin avtomobillərinin yüksək keyfiyyətli, "Avro-5” standartına uyğun benzinlə işləmək üçün nəzərdə tutulmasıdır.
Rusiya hakimiyyəti isə ölkənin neft emalı zavodlarına dron hücumları nəticəsində yaranan yanacaq böhranı fonunda "Avro-2” standartlı benzinin istehsalına icazə verib.

Rusiyada əvvəllər istifadəsi qadağan edilmiş "Avro-2” benzində kükürdün miqdarı "Avro-5” yanacağı ilə müqayisədə 50 dəfəyə qədər çox ola bilər.

"Avro-2” səviyyəli yanacaqdan istifadə edən Rusiya vətəndaşları müasir Çin avtomobillərinin mühərriklərindəki forsunkaların kütləvi şəkildə sıradan çıxması, həmçinin yüksək təzyiqli yanacaq nasosları və şamların xarab olması ilə üzləşiblər. Nəticədə avtomobilin sensorları mühərrikdə nasazlıq olduğunu göstərir, dartı gücü azalır, mühərrikin işə salınması çətinləşir və yanacaq sərfiyyatı artır.

Buna baxmayaraq, bəzi avtomobil sahibləri problemdən xəbərsiz olduqları üçün aşağı keyfiyyətli yanacaq doldurmağa davam edir və nəticədə avtomobillərinə daha ciddi ziyan vururlar.

"Mash”ın məlumatına görə, son vaxtlar bu səbəbdən avtoservislərə müraciətlərin sayı həftədə 1-2-dən 7-10-a qədər artıb.

Təmirə təxminən 15 min rubl (təxminən 320 manat) xərclənir. Bəzi hallarda isə söhbət bahalı detalların tamamilə dəyişdirilməsindən gedir.

Rusiya Energetika Nazirliyi avqustun 5-də ölkə hökumətinin 2013-cü ildə qadağan edilmiş və bir kiloqram yanacaqda 500 milliqrama qədər kükürd ehtiva edən "Avro-2” benzininin istehsalına və ölkəyə idxalına icazə verdiyini açıqlayıb.

Bu icazə 2027-ci il iyulun 1-dək qüvvədə olacaq. Qərarın məqsədi "daxili bazarın avtomobil yanacağı ilə sabit təminatını və mümkün yanacaq qıtlığının qarşısının alınmasını” təmin etməkdir.

Belə benzində benzol da daxil olmaqla aromatik karbohidrogenlərin miqdarı normallaşdırılmır. Bundan başqa, əksər ölkələrdə yüksək toksikliyi və xərçəng riskləri səbəbindən istifadəsi qadağan edilən oktan artırıcı əlavə – monometilanilin (MMA) tətbiqinə də icazə verilir.

Ekspertlərin sözlərinə görə, "Avro-2” benzinində yüksək miqdarda olan kükürd silindr-porşen qrupuna, yanacaq avadanlıqlarına, mühərrik yağına, şamlara, klapanlara və forsunkalara, eləcə də katalitik neytrallaşdırıcıya zərər vurur.

/Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?