"İnamdan doğan nigaranlıq"

"İnamdan doğan nigaranlıq"
SİYASƏT
12:49 22.05.2025
786
Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin yenidən qurulması, bərpası və mühafizəsi Azərbaycan Prezidenti və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir, zəngin tarixi və mədəni irsimizə həyat verilir, beləcə dünya və ölkə üçün əhəmiyyətli sayılacaq abidələrimiz özünün intibahını yaşayır. Doğma Qarabağımızda səfərdə olan hər kəs könülaçan mənzərənin canlı şahidi olur. Tarixi irsimizi gələcək nəsillərə göz bəbəyi kimi qoruyub, onlara əbədi ömür bəxş edənlər millətimizin yaddaşında əbədi qalacaqdır.

Ötən həftələrdə Ağdam şəhərini ziyarət edən həmyaşıdım — Mehman Qurbanovun telefon zəngi bəndənizi həyəcanlandırmaya bilməzdi. Yurddaşımızın nigaranlığının əsas səbəbi onun vətəndaşlıq mövqeyi ilə bağlı idi. Telefon danışığında bildirdi ki, Ağdam şəhərində — Köhnə hamam məhləsi deyilən yerdə "Gündəlik Təlabat" mağazasının sahibi rəhmətlik Yolçu əminin dükanının arxa hissəsində XIX əsrin sonlarında Xan qızı Xurşidbanu Natəvan tərəfindən tikdirilən və "Natəvan hamamı” kimi tanınan abidənin sökülmək təhlükəsini ehtimal edərək həyəcan və nigaranlıqla mənəvi borcu kimi bildirdi. Sözünə əlavə olaraq vurğuladı ki, bəlkə yanılıram, ancaq ərazidən avtomobilnən ötərkən ağır texnikanın həmin yerdə işlədiyini müşahidə etdiyini söylədi.

Əlbəttə, Prezidentin xüsusi nümayəndəsi cənab Emin Hüseynovun Qarabağda gedən tikinti, abadlıq, quruculuq işlərində       qədim yurd yerlərimizin bərpasında peşəkar mütəxəssislərlə birgə fəaliyyətini, qədim və tarixi abidələrimizə həssaslıqla yanaşdığını çoxsaylı reportajlarda, sujetlərdə izləyirik.

Təbii haldır, bəzən, iş olan yerdə səhvlər də olur. Hansısa məqam gözdən qaça da bilər. 

Fəqət qədim tarixi, dini və mədəni irsimizi özündə daşıyan hər daşın, saxsı parçasının, ulu nənələrimizin toxuduğu xalının, kilimin belə izinin itməməsi üçün vitse-prezident Mehriban xanım Əliyevanın bəşər mədəniyyətinə, həmçinin də vətənimizdə bütün tarixi-memarlıq abidələrinin bərpasına göstərdiyi misilsiz xidmətləri sözügedən sahəyə rəhbərlik edən və çalışanlar əvəzsiz ənənəyə riayət etmələri, sadiq qalmaqları nəinki vəzifə, həm də mənəvi borc məsələsidir. 

Böyük ümidlə inanırıq ki,  Xurşidbanu Natəvanın Ağdam şəhərində tikdirdiyi hamamın sökülmək təhlükəsini öncədən zənn edən yurddaşımın və eynən birgə nigaranlığımızın əbəs olduğunun xoş xəbərini Prezidentin xüsusi nümayəndəsi Leyla xanım Sərabidən alacağımıza sonsuz ümidliyik...     
 
 Ağdam şəhər sakini Hikmət İslamoğlu
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
15:27 02.10.2026
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR