Çin ABŞ mənşəli məhsullara 84% əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ-nin idxal olunan məhsullara tətbiq etdiyi yüksək gömrük rüsumları olub.
Çində yaşayan istehlakçılar yeni vergi siyasəti ilə ABŞ-dən idxal edilən avtomobillər, smartfonlar və ərzaq məhsullarında ciddi qiymət artımları ilə üzləşəcəklər.
Çin istehlakçı assosiasiyalarının xəbərdarlıqlarına əsasən, bəzi Amerika brendlərinin Çin bazarından geriçəkilmə ehtimalı istisna edilmir.
Bununla belə, Çində ABŞ mərkəzli texnologiya və avtomobil şirkətlərinin gəlirlərində əhəmiyyətli bir daralma gözlənilir.
Apple, Tesla və Boeing kimi şirkətlərin Çindən gələn sifarişləri azaltması tədarük zəncirinə böyük təzyiq yarada bilər.
Beynəlxalq İqtisadiyyat Mütəxəssisi Meri Lavli "Ticarət müharibəsi artıq istehlakçı səviyyəsində deyil, şirkətlər üçün sağ qalma savaşına çevrilib” şərhini verib.
Mütəxəssislər bildiriblər ki, şirkətlər Çin bazarındakı itkiləri başqa ölkələrdə də kompensasiya etməyə çalışacaqlar.
Xüsusilə, Cənub-Şərqi Asiya və Hindistan yeni istehsal və təchizat mərkəzləri kimi seçilir. Lakin bu keçidin qısa müddətdə tədarük çatışmazlığı və daha yüksək xərclər gətirməsi də mümkündür.
Tramp administrasiyasının tariflər üçün istifadə etdiyi hesablama üsulu iqtisadi dünyada ciddi tənqidlərə səbəb olub. İqtisadçı Lavli, "İstifadə olunan düstur iqtisadi deyil, siyasi qarşıdurmadır" deyib.
Digər tərəfdən, Çin qisas almaq qərarını "zorbalığa qarşı özünümüdafiə" kimi qiymətləndirib.
Pekin həmçinin ABŞ-nin 2020-ci ildə imzalanmış Birinci Faza Ticarət Sazişinə əməl etmədiyini əsas gətirərək Vaşinqtonu müqavilələri pozmaqda ittiham edib.
Qeyd edək ki, rüsumun 10 aprel 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi məlum olub.
Oksana