"İndiki ağlım olsaydı, 7 uşağa sahib olmazdım" - İbrahim Tatlıses

MAQAZİN
15:50 09.09.2020
1139
Sosial media hesabında etdiyi son paylaşımla İbrahim Tatlıses diqqətləri yenidən üzərinə çəkib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlıses 7 uşağı olduğu üçün peşmanlığını dilə gətirib.
 
Keçən aylarda böyük oğlunun bir məsələylə bağlı polis bölməsinə getməsinin ardından İbrahim Tatlıses dünən axşam hər kəsin diqqətini çəkən paylaşım edib.
 
O, Twitter hesabında 7 uşağı olduğu üçün ağılsızlıq etdiyini deyib: "İndiki ağlım olsaydı, 7 uşağa sahib olmazdım! Allah insana övladın xeyirlisini versin, vermirsə də o zaman heç verməsin. Çünki azı qərar, çoxu zərərdir. Ölkə başçımızın dediyi kimi 3 dənə yetər”.
 
Qeyd edək ki, İbrahim Tatlıses 9 il aradan sonra oktyabr ayında yenidə ekranlara dönəcək.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR

X Mostbet