İnək FHN işçilərini səfərbər etdi - VİDEO

İnək FHN işçilərini səfərbər etdi -  VİDEO
Bütün Xəbərlər
13:10 11.11.2014
3157

Sabunçu rayonunda quyuya düşən inək ev sahibi ilə yanaşı qonşuları üçün də çətin anlar yaşadıb.

ANS TV-nin məlunmatına görə, quyuya düşən inəyi əvvəlcə sakinlərin özləri çıxarmağa cəhd göstəriblər. Amma heç bir nəticə əldə edə bilməyən vətəndaşlar bununla bağlı FHN-in 112 xidmətinə məlumat veriblər. Dərhal sözü gedən ünvana Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Sabunçu rayonu üzrə xilasedicilər qrupu cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətkəndirirərkən məlum olub ki, inək dərinliy 3 metr olan quyuya düşüb.Xilasedicilər xüsusi alpinist avadanlıqlarından istifadə etməklə əməliyyata başlayıblar. Təxminən yarım saat davam edən xilasetmə işlərindən sonra heyvan sağ- salamat düşdüyü yerdən çıxarılıb və sahibinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR