İngiltərə Premyer Liqası: "Liverpul" çempionluğun bir addımlığında

İngiltərə Premyer Liqası: "Liverpul" çempionluğun bir addımlığında
İDMAN
21:55 20.04.2025
529
İngiltərə Premyer Liqasının 33-cü turunda "Lester" və "Liverpul" komandalarının qarşılaşdığı matç başa çatıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Lester şəhərindəki "Kinq Pauer" stadionunda baş tutan görüşdə qonaqlar 0:1 hesabı ilə qalib gəliblər.

Yeganə qolu 76-cı dəqiqədə mersisaydlıların müdafiəçisi Trent Aleksander-Arnold vurub.

Hazırda Slotun yetirmələri 79 xalla yarış cədvəlinin ilk sırasında yer alırlar. Liderin ən yaxın rəqibi aktivində 66 xalı olan "Arsenal"dır. Daha bir qələbə qazanacağı təqdirdə "Liverpul" "topçular" üçün əlçatmaz olacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının bitməsinə beş tur qalır. Çempionata mayın 25-də yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR