İngiltərə Premyer Liqasında ötən mövsümün rekordu bu il 14 tura qırılıb

İDMAN
19:53 04.12.2023
291
İngiltərə Premyer Liqasında ötən mövsümün rekordu 14 tura qırılıb.

Geridə qalan 140 görüşdə hakimlər futbolçuları 31 dəfə meydandan qovublar.

Halbuki 2022/2023 mövsümü ərzində baş tutan 380 qarşılaşmada ümumilikdə 30 qırmızı vərəqə göstərilib.

Qeyd edək ki, hazırda "Arsenal” 33 xalla turnir cədvəlinə başçılıq edir. "Liverpul” liderdən 2 xal geri qalır. "Mançester Siti”nin hesabında isə 30 xal var.

OXŞAR XƏBƏRLƏR