İngiltərədə may ayında illik inflyasiya gözlənildiyi kimi həyata keçdi

İngiltərədə may ayında illik inflyasiya gözlənildiyi kimi həyata keçdi
DÜNYA
12:53 18.06.2025
240

Böyük Britaniyada illik inflyasiya may ayında 3,4% təşkil edib və bu göstərici bazar gözləntilərinə uyğun olub.

 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

 

Qurumun yaydığı hesabata görə, apreldə 3,5% olan illik inflyasiya may ayında 3,4%-ə enib. Enerji və ərzaq qiymətləri çıxılmaqla hesablanan əsas (çəkirdek) inflyasiya isə 3,5% olaraq qeydə alınıb ki, bu da analitiklərin proqnozlarına uyğundur.


ONS-in baş iqtisadçısı vəzifəsini icra edən Riçard Heys açıqlamasında bildirib ki, may ayında illik inflyasiyada cüzi dəyişiklik müşahidə olunub. Onun sözlərinə görə, bu dövrdə aviaşirkət biletləri və yanacaq qiymətləri ucuzlaşıb.

 

Oksana

OXŞAR XƏBƏRLƏR