İngiltərədə "pub"ların açılmasını belə qeyd etdilər - FOTOLAR

İngiltərədə "pub"ların açılmasını belə qeyd etdilər - FOTOLAR
DÜNYA
13:22 12.07.2020
2719
Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda, İngiltərədə insanlar karantin qaydalarının yumşaldılmasını və uzun müddətdən sonra "pub”ların, kafe və restoranların açılmasını bayram edirlər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avropa ölkələrinin rəhbərləri pandemiya səbəbindən həyəcan təbili çalırlar. Çünki karantin qaydalarını kobud şəkildə pozan, kafe və restoranlarda içki içərək əylənən minlərlə gəncin koronavirusa yoluxma ehtimalı var. 

İngiltərədə bu həftə karantin məhdudiyyətlərinin aradan qaldırılması, barların və kafelərin açılması, gənclərin kütləvi şəkildə həmin məkanlara axın etməsi ilə nəticələnib. Sosial məsafə saxlamayan, tibbi maskadan istifadə etməyən gənclər sərxoş olaraq London küçələrində əyləniblər. 

Üç aylıq sərt karantin rejimindən sonra bəzi insanların qaydaları pozması fonunda, İngiltərə ictimaiyyətinin narahatlığı özünü büruzə verib. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar virusun azalmasını gözləmədən karantin qaydalarının tez yumşaldılmasına görə, hökumətə irad bildiriblər. Məhdudiyyətlərin aradan qaldırılmasından sonra London küçələrindən geriyə bu fotolar qalıb:
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR