Çingiz Bayramovdan Martin Şultsa sərt cavab

Çingiz Bayramovdan Martin Şultsa sərt cavab
GƏNCLİK
19:18 04.12.2014
1814
“Türkiyə Universitetləri Məzunları” İctimai BirliyiAvropa Parlamentinin plenar iclasında Avropa Parlamentinin prezidenti Martin Şultsun çıxışı ilə bağlı bəyanat yayıb: “Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını təəssüflə qarşılayır, bunu ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndiririk. Avropa Parlamentinin prezidenti olan Martin Şultsun başlıca vəzifəsi Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləməkdir. Lakin cənab Şults ayrıseçkilik edərək, ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşğuldur. Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında səsləndirdiyi fikirlər onun qərəzli olduğunu bir daha sübut edir. Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında hüquqa zidd olan fikirlər səsləndirməklə ölkəmizin daxili işlərinə qarışmışdır. Şults bu cür qeyri-ciddi fikirləri ilə Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir. Çünki sözügedən şəxslərin həbsinin səbəbləri ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə ətraflı izahat verilib. Təəssüflə qeyd etmək lazımdır ki, cənab M.Şults indiyə qədər heç bir çıxışında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. Azərbaycan hökumətinin uzun illərədn bəri həyəcan təbili çalmasına baxmayaraq, cənab Şultsun 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir. Bütün bunlar onu göstərir ki, cənab Şultsu Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək daha çox maraqlandırır. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir. Biz, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini IKILI standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sihirli annem hepimiz biriz" filminin yayım tarixi bəlli oldu
14:43 21.05.2025
"Sihirli annem hepimiz biriz" filminin yayım tarixi bəlli oldu
Türkiyədə bir gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
14:39 21.05.2025
Türkiyədə bir gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
14:29 21.05.2025
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
14:28 21.05.2025
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
14:24 21.05.2025
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
14:15 21.05.2025
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
14:12 21.05.2025
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
14:11 21.05.2025
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
14:01 21.05.2025
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR