Çingiz Əsədullayevin dairəsinin taleyinə aydınlıq gətirildi

Çingiz Əsədullayevin dairəsinin taleyinə aydınlıq gətirildi
Bütün Xəbərlər
14:54 23.11.2015
940
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri ləğv olunan 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsinin noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına dair qərarından sonra baxacaq.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Trend-ə MSK-dan verilən məlumatda bildirilir.
O qeyd edib ki, Konstitusiya Məhkəməsinin qərarı olmadan təkrar seçkilərin keçirilməsi barədə danışmaq tezdir.
Qeyd edək ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib.
Noyabrın 24-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirəcək.
Qeyd edək ki, sözügedən dairədən "Azəriqazbank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat mandatı qazanmışdı.
OXŞAR XƏBƏRLƏR