“Yeni ulduz” müsabiqəsinin qalibi Çingiz Mustafayev bu ilin payızında Azərbaycanda keçiriləcək dünya çempionatının dostu elan olunub. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, müğənni 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında Lənkəran şəhər Mərkəzi stadionunda keçirilmiş yoldaşlıq oyunundan əvvəl FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən DÇ-nin dostu elan edilib. Çingiz oyundan əvvəl və sonra bir neçə mahnı ifa edib.