Çingiz Qənizadə: Elə bildim ki, Cabbar Savalanlı tərbiyyəli oğlandır

Çingiz Qənizadə: Elə bildim ki, Cabbar Savalanlı tərbiyyəli oğlandır
Bütün Xəbərlər
14:05 29.12.2011
2391

“Mən belə hesab edirdim ki, Cabbar Savalanlı tərbiyyəli oğlandır. Görünür qənaətimdə yanılmışam”. AZXEBER.COM-un məlumatına görə, bunutelearaf.az”a açıqlamasında Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

C.Savalanlının əfv ərizəsi yazmadığına dair açıqlamasına münasibət bildirən hüquq müdafiəçisinin sözlərinə görə, həmin əfv ərizəsini çoxları görüb: “Mən çayxana söhbətlərini mətbuata açıqlamaram. Bildiyimi və gördüyümü danışıram. Cabbar Savalanlının ərizəsini Penitensiar Xidmətin rəhbərliyi də görüb.Mən başa düşə bilmirəm ki, nədən bu adamlar əfv ərizəsi yazmağı qəbahət hesab edirlər. Dəfələrlə olub ki, kimsə məhbəsdən çıxandan sonra özünü qəhrəman kimi təqdim etməyə çalışıb. Görünür, bu oğıan da belə üsullardan istifadə edir. Əgər o başından böyük danışmaqda davam edəcəksə, mən onun ərizəsini mətbuatda dərc etdirməyə çalışacam. Onun təhsilini davam etməsi üçün gərək olan köməkliyi göstərməyə da hazır idim. Lakin belə görünür ki, bu məsələdən də imtina etməli olacağıq. Adama deyərlər ki, sən əfv ərizəsi yazsan da kimsən, yazmasan da kim?”. C.Savalanlının azadlığa çıxması üçün çox çalışdığını deyən deputat, keçmiş məhbusun “O mənim yanıma gəlməyib” deməsinə də münasibət bildirib: “Hüquq müdafiəçilərinin borcu deyil ki, gecə-gündüz məhbusların yanında olsunlar. Novella Cəfəroğlu, Səadət xanım və digərləri təsdiq edər ki, biz hansı səviyyələrdə bağlı qapılar arxasında keçirdiyimiz görüşlərdə Cabbar Savalanlının azadlığa buraxılmasını xahiş etmişik”. Hüquq müdafiəçisi C.Savalanlının kimlərinsə təsiri altında olduğunu və açıqlamalarını məhz bu təsirlər altında verdiyini də istisna etmədiyini deyib.

Qeyd edək ki, bu gün "Azadlıq" qəzetində C.Savalanlının məsələ ilə bağlı açıqlaması dərc olunub.C.Savalanlı deyib ki, o, əfv ərizəsi yazmayıb: “Mənə bir dəfə müraciət olundu ki, əfv yazım. Ancaq imtina elədim. Çünki heç bir günahım yox idi. Siyasi sifarişlə şərlənərək həbs olunmuşam. Keçmiş cəbhəçi olan bir insanın sonradan əqidəsindən dönüb mübarizə aparan insanlara belə şər-böhtan atmasına təəccüblənmirəm. Mənə bu böhtanı atan insan da əfv komissiyasının üzvüdür. Belə bir iyrənc əməlləriylə hökumət hər vəchlə yarınmaq istəyir. Mənim özünə hüquq müdafiəçisi deyən adama belə bir məsləhətim var - əqidəni satmısansa, heç olmasa sus”.

Cabbar Savalanlı Çingiz Qənizadə adlı hüquq müdafiəçisinin tanımadığını deyir: “Əgər o hüquq müdafiəçisi olsaydı mən və digər vicdan məhbuslarını cəzaçəkmə müəssisələrində ziyarət edərdi. O, hüquq müdafiəçisi yox, hökumətin sifarişiylə hərəkət edən hüquq hücumçusudur. Əgər belə bir ərizə olsaydı hakimiyyətin nəzarətində olan KIV-lərdə surəti çoxdan çap olunardı. Bir daha təkrar edirəm ki, əfv ərizəsi yazmamışam, heç bunu ağlımdan da keçirməmişəm. Bu, ”hüquq müdafiəçisi"nin növbəti yarınmağıdır. Belələrinin nə deməsi məni heç ilgiləndirməz, yəqin ona bu cür danışmağı tapşırıblar".

OXŞAR XƏBƏRLƏR