İnnovativ ideyalara malik gənclər Sumqayıtda bir araya gəldi

GƏNCLİK
13:21 09.09.2014
1859

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  həyata keçirilən “Veb layihələr sərgisi” layihəsi çərçivəsində Sumqayıt şəhərində “Reduco” Təlim Tədris Mərkəzində tədbir təşkil olunub.

Layihənin rəhbəri Ağasəlim Məmmədov tədbiri açıq elan edərək bildirib ki, veb layihələr sərgisini  həyata keçirməkdə məqsəd gənclərin innovativ ideyalarına dəstək olmaq, gənc ikt mütəxəssislərinin üzə çıxarılmasına, özlərini cəmiyyətə təqdim etməsinə şərait yaratmaqdır.

Tədbirdə təqdimatçı və iştirakçı kimi iştirak edən gənclər komanda formalaşdırmaq, uğurlu veb layihələrin nümayəndələri ilə əlaqələr qurmaq, öz ideyalarını gerçəkləşdirmək imkanı əldə ediblər.

Daha sonra innovativ ideyalara malik gənclər öz layihələrini auditoriya qarşısında təqdim ediblər. Ekspertlərin, gənclərin iştirak etdiyi tədbir qarşılıqlı müzakirələr şəraitində keçib.

OXŞAR XƏBƏRLƏR