"Xudayarın dostlarına yazdığı son mesajı mənə göndərdilər. Qardaşım dostlarına deyir ki, inşAllah şəhidlik zirvəsinə gülərək qalxacam".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında şəhidimiz Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə deyib.
O qardaşının hər zamana Vətənə bağlı gənc olduğunu deyib: "Qardaşımız vətəninə, torpağına çox bağlı bir insan idi. Hər zaman pozitivliyi, gülərüzlüyü ilə seçilirdi. Döyüşlərdə olanda da bu pozitivlik ondan əskik olmadı. Hətta qrup yoldaşlarına da göndərdiyi son mesajında deyib ki, inşAllah şəhidlik zirvəsinə gülərək qalxacam".
Məhəmməd həmin yazışmanı da təqdim edib:
