İnsan alveri ilə bağlı qanunvericilik sərtləşdi

İnsan alveri ilə bağlı qanunvericilik sərtləşdi
Bütün Xəbərlər
15:27 19.04.2013
1046

Bu gün Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb.

AZXEBER.COM-un məlumatına görə, layihə barədə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.Qanun laiyhəsinə əsasən, Azərbaycanda insan alveri məqsədilə sənədlər ilə qanunsuz hərəkətlər qanunvericilikdə insan alveri faktı kimi təsbit olunacaq və bununla bağlı ciddi cəzalar müəyyənləşdiriləcək.İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir.Eyni zamanda insan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təminetmə, o cümlədən eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə faktları da insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.İnsan alveri məqsədi ilə hansısa bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhv etmə faktı da insan alveri kimi qələmə alınaraq 1 ildən 4 ilədək həbs cəzası ilə təsbit olunacaq.Bununla yanaşı köləliyə bənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatların aparılması insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək. Qeyd olunan insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub.Azərbaycanda yetkinlik yaşına çatmayanları istismarı da insan alveri hesab ediləcək və insan alverinin bu hissəsi ilə bağlı sərt cəzalar tətbiq olunacaq.Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bütün hallarda insan alveri hesab edilir. Cinayət Məcəlləsinə ediləcək əlavədə isə bununla bağlı 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR