“İnsanlar onun faciəsinə laqeydlik göstərsəydi, xoşuna gələrdi?”

“İnsanlar onun faciəsinə laqeydlik göstərsəydi, xoşuna gələrdi?”
Bütün Xəbərlər
16:11 22.05.2015
1289
“Mayın 19-da paytaxtdakı yanan binada baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar Azərbaycanın bütün televiziya kanalları vətəndaş mövqeyindən çıxış etməlidir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib.
S.Vəliyeva bütün məsələlərdə vətəndaş mövqeyindən çıxış etməyin vacibliyini vurğulayıb.
Baş vermiş hadisədən dərhal sonra ölkə başçısının məsələyə münasibət bildirdiyini və baş vermiş hadisənin istintaqını öz nəzarətinə götürdüyünü xatırladan S.Vəliyeva qeyd edib ki, Azərbaycan Prezidentinin bu cür addım atmasını hər kəs böyük rəğbətlə qarşılayıb: “Dövlət başçımız bu hadisə ilə bağlı böyük vətəndaşlıq və həmrəylik nümayiş etdirdi, ürək yanğısı ilə bəyan etdi ki, bütün beynəlxalq yarışlar bu faciənin yanında heç nədir. Yəni, ən böyük beynəlxalq tədbirlər mənim vətəndaşımın yaşadığı bu faciə yanında heçə bərabərdir”.
S.Vəliyeva deyib ki, mayın 19-da Azərbaycan xalqı böyük faciə ilə üzləşib: “Əgər bu hadisə zamanı 1 nəfər vəfat etsəydi belə, əlbəttə ki, bu heç kəsə xoş gələ bilməzdi. Çünki bu, bizim soydaşımızın faciəsidir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən televiziya aparıcısı bu hadisəyə öz ailəsinin faciəsi kimi yanaşmalıdır. Ötən gün telekanallarda göstərilən bir süjet məni çox təsirləndirdi. Yəni, millətimiz lazım olanda həmrəy olmağı nümayiş etdirir. Yanan binanın qarşısına gül qoymaq üçün gələn insan izdihamı millətimizin bu faciəni ürəkdən yaşadığını göstərdi. Düşünürəm ki, bütün televiziya kanalları bu məsələyə çox peşəkar və vətəndaşlıq mövqeyindən yanaşaraq ağıllı münasibət bildirməlidir. Çünki bu hadisə bizim yaşadığımız faciədir, bunu heç kəs arzu etməyib. Bu faciə baş verib, ancaq bu hadisəyə münasibət düzgün bildirilməlidir.
Əlbəttə ki, bu faciəyə laqeyd münasibət hər birimizi narahat edir. Əgər hər hansı adam bu faciəni yaşasaydı və digər insanlar da ona qarşı laqeydlik göstərsəydi, bu, onun xoşuna gələrdimi? Bu mənada da biz faciədə və xoş günlərdə də həmrəy olmağı bacarmalıyıq. İnanıram ki, baş vermiş bu hadisə ilə bağlı hər bir insan özünün məsuliyyətini ortaya qoyacaq, insanlıq yüksək zirvədə dayanacaq və haqq-ədalət öz yerini tapacaq. Mən bu faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara isə şəfa və başsağlığı vermək istəyirəm. Eyni zamanda bu faciəni öz faciəsi kimi yaşayanlara başsağlığı diləyirəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq