"İnsanlar peyvənddən boyun qaçırsa, açılan sahələr də bağlanacaq" - Deputat

SOSİAL
12:55 08.07.2021
1870
"İnsanlar əks təbliğata, əsassız videolara inanıb, peyvənddən boyun qaçırsa, açılan sahələr də bağlanacaq, yenidən əvvəlki vəziyyətə qayıdacağıq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, insanları dövləti pis vəziyyətə qoymayaraq könüllü şəkildə peyvənlənməyə səsləyib:

"Son günlər bütün dünyada koronavirus xəstələrinin artması müşahidə olunur. Bu, Azərbaycanda da müşahidə olunur. Əgər artım davam edərsə, yenidən əvvəlki vəziyyətə qayıda bilərik. Bunun qarşısını almaq üçün əhali könüllü olaraq kütləvi şəkildə məntəqələrə, poliklinkalara yaxınlaşıb peyvəndlənməlirdir. İnsanlar ancaq peyvəndlə özlərini qoruya bilərlər. Mən dünən xarici mətbuatda bir araşdırma oxudum, peyvəndlər xəstəlikdən 70 faizdən 97 faizədək qoruyur. Hətta yoluxsan belə, həyat riskini sıfırlayır, ölüm riski olmur.
 
Deputat deyib ki, bu məsələdə vətəndaşların üzərinə böyük yük düşür: 
 
"Bu baxımdan insanlar özlərini, yaxınlarını, iqtisadiyyatı, dövləti, höküməti zərərə salmayaraq, pis vəziyyətə qoymayaraq könüllü şəkildə gedib peyvənlənsinlər. Azərbaycanda yerdə qalan digər qadağalar da aradan qaldırılıb. Yox, əgər bu məsələdə yenə də insanlar əks təbliğata, əsassız videolara inanıb peyvənddən boyun qaçıracaqlarsa, təbii ki, bütün bunlar Azərbaycan üçün ciddi problem yaradacaq. Bununla yanaşı açılan sahələr də yenidən bağlanacaq. İnsanlar bunu istəyirmi? Biz istəmirik, hətta istəyirik ki, sərhədlər açılsın, xaricə getmək istəyən rahat getsin, işləməyə gedən getsin. Bunun üçün hər kəsi peyvənd olunmağa səsləyirəm”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:40 24.09.2021

Nazir: "Zəngəzur dəhlizi mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq"

10:39 24.09.2021

Azərbaycan Prezidenti: "Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik"

10:37 24.09.2021

17 il nazir olan Əhməd Əhmədov general rütbəsindən məhrum edildi

10:35 24.09.2021

"İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi"

10:33 24.09.2021

Qəbələdə toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlandı

10:29 24.09.2021

İlham Əliyev: "Ermənistanın mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi"

10:26 24.09.2021

Kəlbəcərdə itkin düşən çobanlardan üç aydır xəbər yoxdur: Müdafiə Nazirliyi axtarışlara qoşuldu

10:16 24.09.2021

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

10:07 24.09.2021

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasına başlanılıb

10:06 24.09.2021

Bakıda tıxac olan yolların SİYAHISI

09:55 24.09.2021

Azərbaycan ilk dəfə məhkumların xaricdəki əmlakını müsadirə etmək istəyir

09:36 24.09.2021

Niderlandda 12 yaşlı oğlan peyvənd olunmasına icazə verməyən atasına məhkəmədə qalib gəldi

09:15 24.09.2021

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:07 24.09.2021

İranın XİN rəhbəri: "Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq"

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"