İnsanlardan yardım istəyən rəssam bir günün içində zəngin insana çevrildi - VİDEO

MARAQLI
09:07 24.06.2021
461
ABŞ-da küçədə insanlardan imdad diləyən rəssam bir günün içində zəngin insana çevrilib.

Medialeaks.ru portalı məlumat verir ki, bu qeyri-adi hekayə Los-Ancelesdə yaşayan Riçard Xatçinsonun həyatında yaşanıb.

Əvvəllər o, fəal şəkildə yaradıcılıqla məşğul olub və məşhurların portretlərini çəkib.
 

Lakin emalatxanasında baş verən yanğından sonra rəssam fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb və küçədə insanlardan pul dilənməyə başlayıb.

Rəssam əlində tutduğu kağıza "Evsiz veteranın köməyə ehtiyacı var” sözlərini yazaraq insanlardan yardım istəyib.

Günlərin birində səyyah, həmçinin xeyriyyəçiliklə məşğul olan Çarli adlı "Tik-Tok” bloqeri rəssama yaxınlaşıb və onunla dostlaşmaq istədiyini bildirib. Riçard yeni tanışına əsərlərinin nümayiş olunduğu muzeyə getmək arzusunda olduğunu söyləyib.

Bloqer rəssamın hekayəsini dinləyib və ona kömək etməyə qərar verib.

O, Riçarda sənətini davam etdirmək üçün lazım olan əşyaları alıb və rəsm qalereyalarından birində rəssamın fərdi sərgisini təşkil edib.

Riçard ona göstərilən bu qayğıdan çox təsirlənib və fəaliyyətini bərpa etməyə qərar verib. Bundan əlavə, istedadlı rəssam üçün şəxsi sayt yaradılıb və Riçard əsərlərini satışa çıxarıb.

İnsanlar onun əl işlərinə böyük maraq göstərib və artıq birinci gün onun qazancı 51 min dollar (86 min manat) təşkil edib.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:44 27.10.2021

Türkiyədə koronavirusa yoluxanların sayı açıqlandı

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”