İnstagram-dan yenilik

İnstagram-dan yenilik
Bütün Xəbərlər
16:44 26.04.2014
1437
Yenilik tətbiqdə əhəmiyyətli bir dəyişikliyə səbəb olub.
Məşhur foto paylaşma tətbiqi Instagramın “kəşf et” funksiyası tamamilə dəyişib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, İnstagram yeni xüsusiyyətini insanlar üçün daha əlverişli edib.
İnstagramdakı yenilik tətbiqdə əhəmiyyətli bir dəyişikliyə səbəb olub. Belə ki, əvvəllər istifadəçilərə aid olan, təsadüfi düzülən və bəyənmə sayı yüksək olan fotoşəkillər “kəşf et” hissəsində olurdu.
Ancaq yeniləmə ilə birlikdə artıq bu hissəyə girənlər tanıya biləcəyi kəslərin fotoşəkilləriylə qarşılaşır. Məsələn, izlədiyiniz bir adamın siyahısında olan hər hansı bir istifadəçinin fotoşəkili bu hissədə yer alır. Beləliklə də İnstagram tez istifadə edilən bu xüsusiyyətinin istifadəsini asanlaşdırıb.
OXŞAR XƏBƏRLƏR