"İnstagram"da gizli profilləri açan proqram silindi

"İnstagram"da gizli profilləri açan proqram silindi
MARAQLI
12:00 21.11.2019
11711

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) "Ghosty” tətbiqi ilə bağlı "Facebook” komandasına birbaşa müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciət əsasında son günlər ölkəmizdə, eləcə də xaricdə "Instagram” sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və "İnstagram”ın gizlilik qaydalarını pozan "Ghosty” tətbiqi "Google Play store” və "App store”dan silinib.

Naməlum tərtibatçı (developer) tərəfindən yaradılan bu tətbiq gizli "Instagram” hesablarını açmağa, istifadəçinin fərdi məlumatlarını görməyə və hesabdakı şəkilləri yükləməyə imkan verir. Tətbiq qeydiyyatdan keçərkən "Instagram” istifadəçisinin giriş məlumatlarını (loqin və parol) əldə edərək həmin hesabdakı gizli profilləri müəyyən edir. Bu gizli profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir. Dolayısı ilə, bu tətbiqdən istifadə edərək loqin və parolunu təqdim edənşəxslər öz hesabındakı gizli profillərə baxılması üçün digər "Ghosty” istifadəçilərinə icazə verirlər.

 

Tətbiqin populyarlığı artdıqca açılan gizli profillərin sayı da çoxalır. Xarici mənbələrin məlumatına görə, tətbiq istifadəyə verildiyi andan etibarən "Google Play store” üzərindən 500,000 dəfədən çox yüklənilib.

"Instagram”ın istifadəçilərə profili gizli saxlamaq və yalnız təsdiq edilmiş izləyicilərə paylaşımları, şəkilləri və ya videoları görməyə icazə vermək kimi seçim imkanı verdiyini nəzərə alsaq, bu, istifadəçilərin məxfiliyinin ciddi şəkildə pozulması deməkdir. Eyni zamanda, "Instagram” istifadə şərtlərinə görə, istifadəçilər öz hesabları üzərindən digər istifadəçilərə hüquqlarını ötürə bilməzlər.

Elektron Təhlükəsizlik Xidmətinin müraciətindən sonra "Facebook” komandası "Google” ilə birlikdə araşdırma aparıb, nəticədə tətbiq "Google Play store” və "App store”dan silinib. "Facebook” rəhbərliyinin rəsmi məlumatına görə, "Instagram” qaydalarını pozan bu tətbiqi, eləcə də "Instagram”la bağlı qanunsuz fəaliyyəti dərhal dayandırması üçün "Ghosty” tətbiqinin tərtibatçısına rəsmi xəbərdarlıq göndərilib. Hazırda bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün "Facebook” tərəfindən tədbirlər görülür və təhlükəsizlik tədbirləri gücləndirilir.

ETX vətəndaşlara bu cür qeyri-rəsmi tətbiqləri yükləməməyi, giriş məlumatları kimi həssas məlumatları təqdim etməməyi, özlərinin və ətrafının məxfiliyini təhlükə altında qoymamağı tövsiyə edir.

Vətəndaşlardan bu kimi hallarla qarşılaşdıqda Elektron Təhlükəsizlik Xidmətini məlumatlandırmaları xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
19:28 19.10.2026
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
19:16 19.10.2026
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
“Sabah” – “Barselona” matçının biletləri satışda
18:56 19.10.2026
“Sabah” – “Barselona” matçının biletləri satışda
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
18:42 19.10.2026
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR