"İnstaqram"da yeni funksiya: Hesabınız silinə bilər

"İnstaqram"da yeni funksiya: Hesabınız silinə bilər
MEDİA
15:43 04.07.2022
373
"İnstagram” yeni funksiyasını işə salacaq.  

AZXEBER.COM xəbər verir ki, "İnstagram” iOS tətbiqinə gətirdiyi yeni funksiya ilə istifadəçilərə tətbiq vasitəsilə hesablarını daimi olaraq silmə imkanı verəcəyini açıqlayıb.

Bildirilib ki, sözügedən xüsusiyyət "İnstagram” istifadəçilərinə tətbiq vasitəsilə hesabları silmək imkanı verir.
 
Müvafiq olaraq, indi "İnstagram” tətbiqi vasitəsilə hesablar "daimi” silinə bilər.

Proses proqramdakı profil parametrləri vasitəsilə həyata keçiriləcək. "İnstagram” hesablarını silən istifadəçilərə 30 gün vaxt verəcək. Bu müddət ərzində fikirlərini dəyişən istifadəçilər hesablarını yenidən aça biləcəklər. 30 günün sonunda müvafiq hesab həmişəlik silinəcək.

Qərarın Apple-ın yeni "App Store” qaydalarını dərc etməsindən sonra verildiyi açıqlanıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR