"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS müntəzəm çempionatında "Di Si Yunayted"ə qarşı ev oyununda iki qolla fərqlənib.
Görüş 4:0 hesabı ilə başa çatıb. Həmçinin uruqvaylı forvard Luis Suaresin hesabında da dubl var.
Messi müntəzəm çempionatın ən yaxşı bombardirləri siyahısında liderliyini möhkəmləndirib. Onun hesabında 23 qol var.
"İnter Mayami" MLS-də qələbəsiz seriyaya son qoyub. Komanda beş oyun ərzində qələbə qazana bilmirdi. Sonuncu dəfə "İnter Mayami" avqustun 30-da evdə "Monreal"ı darmadağın edərək (7:1) rəqibindən üstün olmuşdu. Bundan sonra klub dörd dəfə heç-heçə edib və bir dəfə məğlubiyyətə uğrayıb.
///report///











































