'Internet Jurnalistika Klubu' adlı layihəyə start verilir

MEDİA
17:40 17.01.2013
1352
Azərbaycan Maarifçi Gənclər Təşkilatı  AR Cənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə  “Internet Jurnalistika Klubu” adlı layihə həyata keçirir. 
Layihə çərçivəsində layihənin rəhbəri Ruhiyyə Aslanova və tanınmış telejurnalist Günay Malikqızı  yanvarın 3-dən 9-dək 1 həftə ərzində  internet jurnalistika sahəsə üzrə təcrübə toplamaq üçün Turkiyə Cümhuriyyətinin İstanbul şəhərində Turk Qəzətəçilər Birliyi və Cihan Holdinqə səfər etmişdirlər. Turk Qəzətəçilər Birliyinin baş katibi   Zefer Atalay və Cihan Holdinqin Beynəlxalq yayım satış və Xəbər yayım satış mütəxəsisləri ilə görüşmüşlər. Görüş zamanı İnternet Jurnalistikası sahəsində maraqlı müzakirələr aparılmıış bu sahədə çatışan və çatışmayan sahələr barədə fikir mübadiləsi olunmuşdur.
Layihə 5 ay müddətində davam edəcək və müxtəlif Ali məktəb müəssisələrində  jurnalistika fakultəsində təhsil alan tələbələrə İnternet Jurnalistikası barədə təlimlər təşkil ediləcəkdir.
 
OXŞAR XƏBƏRLƏR