İnternet televiziya BDU tələbələrinə nə verəcək? – II YAZI

İnternet televiziya BDU tələbələrinə nə verəcək? – II YAZI
GƏNCLİK
18:44 18.01.2012
1763

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşündə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi müzakirə edib.

Layihə həmçinin BDU-nun jurnalistika fakültəsində internet televiziya studiyasının yaradılmasını nəzərdə tutur. İnternet TV gələcək jurnalistlərə praktiki vərdişlər əldə etməkdə kömək edəcək.

A.Məhərrəmov layihənin BDU-da həyata keçirilməsini dəstəkləyərək qeyd edib ki, yaradılacaq studiyanın daha müasir standartlara cavab verməsi, maddi-texniki bazanın güclü olması üçün universitet də öz növbəsində maliyyə yardımı etməyə hazırdır.

Məsələ ilə bağlı AZXEBER.COM portalı ilk olaraq Azərbaycan İnernet Formunun (AİF) prezidenti Osman Gündüzün münasibətini öyrənmişdi.

Məsələ ilə bağlı olaraq AZXEBER.COM portalı layihənin təşkilatçılarından olan, BDU-nun jurnalistika fakültəsinin müəllimi Könül Niftəliyevanın  fikirlərini öyrənib. Könül xanım bu layihənin universitet tələbələri üçün çox böyük şans olduğunu söyləyib: “Bakı Dövlət Universitetində yaradılacaq internet televiziya və radio studiyasında tələbələrin təcrübə keçmələri üçün hər cür şərait yaradılacaq. Tək BDU-nun yox, həmçinin digər universitetlərin də tələbələri bu studiyadan faydalanacaqlar. Ümumilikdə 11 universitetin tələbələri üçün nəzərdə tutulub. Yəni, BDU-dakı studiya baza rolunu oynayır. Həmin bu 11 ali təhsil müəssisələrində “Yeni media” adlı dərslər tədris olunacaq. Tələbələr öz universitetlərində nəzəriyyə öyrənməkdən əlavə, BDU-da yaradılacaq studiyada təcrübə keçəcəklər. Bunun üçün də universitetlərə domen, modul paylanacaq. Tələbələri isə, təhsil aldıqları universitetin müəllimləri seçəcəklər. Həmçinin, elektron qəzet ilkin olaraq istifadəyə veriləcək. Maliyyə dəstəyi isə, Amerika səfirliyi və universitetin özüdür. Yəni, 50-50-yə. Layihənin hazırlanması 15 yanvarda həyata keçirilib. Amma ayın 20-dən sonra BDU-da 11 universitetin jurnalistika kafedrasının müdirləri, müəllimləri, həmin işlərdə fəallıq göstərə biləcək tələbələr yığışacaq. Məncə, çox müsbət yöndə olan bir layihədir.

Mövzu davam etdiriləcək...

Sevil Rəsulzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi