İnternet televiziyaları da lisenziya ilə fəaliyyət göstərəcək?

İnternet televiziyaları da lisenziya ilə fəaliyyət göstərəcək?
MEDİA
15:34 10.01.2013
1293

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli internet televiziyalarının lisenziyasız fəaliyyət göstərməsini lisenziya ilə fəaliyyət göstərən digər telekanallara qarşı haqsızlıq sayır.

Məhərrəmli Trend-ə bildirib ki, televiziya və radio yayımı lisenziyalaşdırılan sahədir. Əgər kabel televiziyası bu fəaliyyətini lisenziyalaşdırırsa və buna görə dövlətə rüsum ödəyirsə, internet televiziyası da bunu etməlidir. "Əgər internet sahəsində tamamilə azadlıq varsa, ondan sui-istifadə etmək olmaz. Necə olur ki, kabel televiziyası əziyyət çəkir, dövlətə rüsum ödəyir, ancaq digər bir şəxs eyni sahə - televiziya və radio yayımı ilə məşğul olur, ancaq bunun üçün hər hansı rüsum ödəmir?" - Şura sədri deyib. O əlavə edib ki, bu gün internet televiziyalarının fəaliyyətinin tənzimlənməsi mexanizmi yoxdur. Buna görə də ona nəzarət mümkün deyil. "Dünyanın istənilən nöqtəsindən hər hansı bir şəxs internet televiziyası aça bilər. Bunu kim, necə açır, biz ona necə nəzarət edəcəyik? Bu mexanizm olmadığı üçün bu gün biz bunu edə bilmirik. Ümumiyyətlə, dünya ölkələrində də bunu edə bilmirlər", - Məhərrəmli deyib. MTRŞ rəhbəri qeyd edib ki, həm internet, həm də kabel televiziyaları eyni işi görür və onların hər ikisinin təsir imkanları həddindən artıq böyükdür. Buna görə də internet televiziyasının fəaliyyətini də müəyyən formada tənzimlənməyə ehtiyac var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub