İnternet TV-lərin lisenziyalaşdırılması təklifi etirazlara səbəb oldu

İnternet TV-lərin lisenziyalaşdırılması təklifi etirazlara səbəb oldu
MEDİA
01:41 09.12.2011
1923

«Azərbaycanda internet azaddır, ona heç bir məhdudiyyət yoxdur. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur». Bunu prezidentİlham Əliyevbu ilin iyulunda hökumətin iclasında deyib. Bu çıxışdan bir neçə ay sonra isə internetdə yayımlanan televiziyaların lisenziyalaşdırılması məsələsi ortaya çıxdı. Dekabrın 5-də nazirƏli Abbasovjurnalistlərə bildirib ki, Milli Televiziya və Radio Şurasıinternetdə yayımlanan TV-lərin lisenziyalaşdırılmasıməsələsinə baxa bilər. «İNTERNET XARİCİ DİLLƏRDƏ PROQRAM YAYAN MƏKANA ÇEVRİLİB» Nazirin dediyinə görə, buna ehtiyac yaranmasına səbəb internet TV-lərdə yerli yayımçıların xarici dillərdə proqramlar yaymasıdır. Mütəxəssislər isə internet üzərindən audio və video materiallar yayımlamaq fəaliyyətini lisenziyalaşdırmaq istəyini ölkədə ifadə azadlığına yeni və ciddi təhlükə sayırlar. Media Hüququ İnstitutu bu barədə bəyanat da yayıb. İnstitutun rəhbəriRəşid Hacılıdeyir ki, lisenziyalaşdırma işini həyata keçirmək üçün ortalıqda heç bir əsas da yoxdur: «Çox qorxulu bir təklifdir. İnternet üzərindən yayımlar hökumət nəzarətindən kənardadır deyə, orada az-çox ifadə azadlığı, xüsusilə də ictimai-siyasi mövzularda istədiyini yaymaq imkanı var. Belə bir nəzarətin qoyulması isə bu imkanların xeyli daraldılması qorxusunu yaradır».

​​«BU, YOLVERİLMƏZDİR» Rəşid Hacılı deyir ki, ölkədə internetlin dil və məzmun problemindən daha vacib və aktual məsələ onun texniki tənzimlənməsi ilə bağlıdır. Başqa sözlə, Rəşid Hacılıya görə, hökumət hər şeydən öncə internetin hər kəs üçün çatımlı olmasını təmin etməlidir. Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünasƏləsgər Məmmədlidə internet yayımın hüquqi tənzimlənməsini yolverilməz hesab edir. O bildirir ki, lisenziyalaşdırma milli tezlik resurslarının məhdudluğundan irəli gələn fəaliyyətdir. İnternet isə milli tezlik resursu deyil deyə, onu lisenziyalaşdırmaq hüquqi baxımdan anlaşılmır: «Hesab edirəm ki, istənilən dövlət qurumu, hakimiyyət ifadə azadlığına dözümlü olmalıdır. Bu gün internet bizdə yeganə məkandır ki, daha plüaristdir. İnterneti kənarlaşdırsaq, Azərbaycanda təkrənglilik mövcud olar. Hökumət qurumları internet üzərindən olan tənqidlərdən nəticə çıxarıb onları doğuran problemləri aradan qaldırmalıdır, nəinki tənqidlərin

​​​özünü». «ETİRAZIMIZI BİLDİRMƏLİYİK»   «Kanal 13» internet telekanalının rəhbəri Anar Orucov isə düşünür ki, lisenziyalaşdırma məsələsinin yenidən aktuallaşmasına səbəb internetdə azad fikirlərin daha çox səslənməsidir: «Çox aktiv şəkildə etirazımızı bildirməliyik. Beynəlxalq aləmdən də bununla bağlı bizə dəstək olmalıdır. Biz sussaq, daha çox qabağa gedə bilərlər. Bizim varlığımız belə bir narahatlıq doğurursa, deməli, nəsə iş görə bilirik. Ona görə də bu cür iş görə bilən qurumları qorumaq lazımdır». «İnternet televiziyaların lisenziyalaşdırılması, bu fəaliyyətin standartlarının müəyyən olunması tək Azərbaycanın deyil, dünyanın müxtəlif ölkələrinin müzakirə etdiyi məsələlərdən biridir».

​​Bunu isə «APA»ya açıqlamasında Prezident Administrasiyasında İctimai-siyasi şöbəsinin müdiriƏli Həsənovdeyib. O bildirib ki, son qərarı vermək üçün Azərbaycan Avropa Şurasına daxil ölkələrin bu istiqamətdə hansı addımlar atacağını gözləyəcək. Əli Həsənov onu da deyib ki, internet televiziyaların fəaliyyətinin əsas prinsip və normalarının müəyyən olunması məsələsi transmilli mahiyyət kəsb edir. Rəsmi açıqlamaya əsasən, Azərbaycanda hazırda internetdə 20-dən çox , müstəqil mənbələr isə yalnız 4-5 internet TV-nin fəaliyyət göstərdiyini deyir. «Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatı bu ilin əvvəlində yaydığı hesabatdaAzərbaycanı internet üzrə «qismən azad» ölkələr sırasında göstərib. Hesabatda həmçinin Azərbaycanın internet məkanında inhisarçılığın olması qeyd edilir.

Azadlıq Radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...