Son illər Azərbaycanda internet alış-verişinə olan marağın sayı günü-gündən artmaqdadır.
İstər sosial şəbəkələrdə istərsə də, digər internet resurslarında online alış-veriş səhfələri və saytları fəaliyyət göstərməyə başlayıb. İnternetdə alış-verişin imkanlarından istifadə edən vətəndaşların bir çoxları bu xidmətə güvənmədiklərini söyləyirlər.
Məsələni araşdırmaq üçün xidmətlə məşğul olan bir neçə “online-shopping” şirkətlərinə müraciət etdik. Müraciətlərimizin nəticəsi olaraq, məlum oldu ki, bu şirkətlərin bir çoxlarının rəsmi qeydiyyatı yoxdur və yalnız sosial şəbəkələr üzərində fəaliyyət göstərirlər.
AZXEBER.COM məsələ ilə bağlı olaraq “Facebazar.az” MMC-nin rəhbəri Ənvər Yavəroğlunun fikirlərini öyrənib. Şirkət rəhbəri artıq bir neçə ildən çoxdur ki, bu işlə məşğul olduğunu söyləyib: “İnternetdə alış-verişə olan marağın artmasının əsas səbəbi insanların bu xidmət üçün zamanlarının az bir hissəsini xərcləmələridir. Artıq 5 ildən çoxdur ki,dünyanın demək olar ki, hər bir yerində online-shoppinq şirkətləri fəaliyyətdədir. Azərbaycanda isə online-shopping bazarı hələ yeni-yeni fəaliyyətə başlayıb. Hazırda mənim rəhbəri olduğum “Facebazar.az” MMC rəsmi qeydiyyatdan keçən yeganə şirkətdir. Xidmətlərimiz arasında məhsulların pulsuz çatdırılması da var. Alıcılara isə onu demək istərdim ki, Azərbaycanda bu bazar yeni yaranmasına baxmayaraq, bazara olan güvəni sarsıdanların da sayı da az deyil. Ona görə, mütləq məhsul alarkən zəmanət kartını tələb edin. Biz qarantiya talonu ilə alıcıları təmin etsək də, digər online shoppinglər bunu etməyərək alıcılara bir növ kələk gəlirlər.”
Mövzuya yenidən qayıdacağıq...
Gülnarə Bayramova