Liviyanın Milli Keçid Şurası ölkədəki üsyan zamanı Bengazidə bankdan oğurlanan yüzlərlə antikvar sikkənin Misirə aparıldığını iddia edir. AZXEBER.com Qərb mətbuatına istinadən xəbər verir ki, İnterpol kolleksiyanın tapılması istiqamətində axtarışlara başlayıb.
May ayında Bengazidə Müammər Qəddafi tərəfdarları və müxaliflər arasındakı qarşıdurmalar zamanı yeddi mindən çox antikvar sikkə oğurlanıb.
Bankda baş verən yanğınların qarşıdurmalar səbəbilə olduğu düşünülsə də indi yanğının soyğun məqsədilə təşkil olunduğu iddia edilir. Oğruların hədəfi "Bengazi xəzinəsi" adlanan kolleksiyanı ələ keçirmək olub. Kolleksiyaya Yunan, Roma, Bizans və islamın yarandığı dövrlərə aid sikkələr, kiçik heykəllər və digər antikvar əşyalar daxildir. Sikkələrin bəzilərinin Misirdə tapılması kolleksiyanın bütünlüklə orada olduğuna şübhə çəkib.