İntihar edən tələbə qız: ‘Kəsilsəm özümü dənizdə boğacam’

İntihar edən tələbə qız: ‘Kəsilsəm özümü dənizdə boğacam’
Bütün Xəbərlər
13:26 11.01.2016
2939

Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi ötən gün imtahandan kəsildiyi üçün intihar edib.

AZXEBER.COM intihar edən tələbə qızla bağlı bəzi məlumatlar öyrənib. Onun tələbə yoldaşlarının sözlərinə görə, bu 1998-ci il təvəllüdlü Qasımova Rumiyyədir. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasıda oxuyan I kurs tələbəsi imtahandan öncə tələbə yoldaşlarına “əgər imtahandan kəsilsəm özümü dənizdə boğacam” deyib. İki imtahandan kəsiri qalan gənc qızın ötən gecə intihar edərək özünü öldürdüyü bildirilir.

Hələlik faktla bağlı heç bir rəsmi açıqlama verilməyib.

OXŞAR XƏBƏRLƏR