xari

İntihar edən yeniyetmələr haqqında xəbərlər verilməlidir? - Professordan AÇIQLAMA

SOSİAL
12:25 10.03.2021
1108
Son günlər ölkədə azyaşlı qızlar arasında baş verən intihar hadisələrinin artması ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub. 

Sosial şəbəkələrdə isə bu cür intihar xəbərlərinin mediada təqdim edilməsinə etirazlar da mövcuddur. Bu tipli xəbərlərin intiharların çoxalmasına gətirib çıxardığı iddia olunur. Bəs, media bu tip xəbərləri yayımlamalıdırmı?

AZXEBER.COM-a açıqlama verən əməkdar jurnalist, professor Qulu Məhərrəmli bu tip xəbərlərin yayılmasına daha həssas yanaşmanın tələb olunduğunu bildirib: "Ümumiyyətlə elə hadisələr var ki, onları mediada işıqlandırmazdan əvvəl üzərində ciddi düşünmək lazımdır. İntihar hadisələri də bu tip məlumatlar siyahısına aiddir. Əlbəttə, çox nadir hallarda intihar hadisələrini kriminal xəbərlər kimi vermək olar. Amma, xüsusən, gənclər və yeniyetmələr arasında səbəbi dəqiq bilinməyən, ümumiyyətlə cəmiyyətdəki ab-havanın nəticəsi kimi təqdim olunan intihar məlumatlarının yayılması, hesab edirəm ki, yolverilməzdir".

Ekspert bu tip xəbərlərin ictimaiyyətə hansı hallarda təqdim edilməli olduğuna da aydınlıq gətirib: 

"Bu tip xəbərlərə gəldikdə jurnalistlər bunun yayılmasının, yoxsa yayılmamasının cəmiyyətə hansı faydaları olduğunu müəyyən etməlidirlər. Ona görə, peşəkar mediaya tövsiyəm odur ki, bu cür xəbərləri geniş və cazibədar şəkildə yayımlamasınlar”.
 
Aydın Nuri
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR