Baş Prokurorluq və Daxili İşlər Nazirliyi yanvarın 3-də Bakının Suraxanı rayonunda baş vermiş ağır qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. Məlumata əsasən, 3 yanvar tarixində saat 15 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi yaxınlığında, Suraxanı - Hövsan yolunun kənarında selofana bükülmüş vəziyyətdə üzərində zorakılıqla yetirilməyə xarakterik çoxsaylı deşilmiş-kəsilmiş xəsarətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri hərəkətlər yerinə yetirilib.Faktla bağlı həmin tarixdə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.İlkin istintaqla müəyyən edilib ki, aşkar olunan meyit 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Nelyubova Yelena Aleksandrovnadır.Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Hövsan qəsəbə sakini 1954-cü il təvəllüdlü Zöhrabov Məmməd Məmməd oğlu tərəfindən törədilməsi müəyyən olunmuş və o, yanvarın 5-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.Müəyyən edilib ki, dekabrın 25-də gecə saatlarında Zöhrabovun Hövsan qəsəbəsində gözətçi kimi yaşadığı evə əvvəllər tanımadığı bir nəfər qadın gələrək ondan bayram münasibətilə pul istəyibr. Pulu olmadığı üçün qadını evə dəvət edərək yaxınlıqdakı mağazadan bir butulka araq alaraq birlikdə yeyib-içdikdən sonra onunla cinsi əlaqədə olmaq istəyib. Bu zaman aralarında mübahisə yaranmış və qadın qışqırdığından mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirib. Qadının öldüyünü yəqin etdikdən sonra paltarlarını sobaya ataraq yandırıb, meyiti isə selofan torbaya bükərək qonşuluqda yaşayan oğluna məxsus VAZ 2109 markalı avtomobilin arxa oturacağına qoyaraq gecə saat 3-4 radələrində Suraxanı - Hövsan yolunun kənarına atıb.Zöhrabovun yaşadığı gözətçi otağına və oğluna məxsus avtomobilə baxış keçirilərkən döşəmənin və avtomobilin arxa oturacağının üzərində aşkar olunmuş qanabənzər ləkələr ekspert-kriminalistin iştirakı götürülərək qablaşdırılıb. Həmçinin Zöhrabovun cinayətdə istifadə etdiyi bıçaq yaşadığı evin yaxınlığında aşkar edilərək maddi sübüt kimi götürülüb.