İordaniya kralı II Abdullah Strasburqda (Fransa) Avropa Parlamentinin üzvləri qarşısında çıxışında İsrailin İrana hücumunu pisləyib.
Bu barədə "The Times of Israel” nəşri yazıb.
"Bu döyüşün sərhədlərinin harada bitəcəyini söyləmək qeyri-mümkündür. Bu, bütün dünyadakı insanlar üçün təhdiddir", - o bildirib.
İordaniya kralı həmçinin qeyd edib ki, vəziyyət "tarixin hakimiyyət və ya prinsip, qanunun və ya gücün aliliyi, tənəzzül və ya yenilənmə seçimi tələb edən həlledici yolayrıcındadır".