“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı QƏRAR

“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı QƏRAR
İDMAN
15:41 21.04.2023
873
 Qaçaqmalçılıqda ittiham olunan Azərbaycan futzal millisinin kapitanı Xətai Bağırov və U-19 millisnin üzvü Xəzər Ağalızadə barəsində məhkəmə qərar verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, onlar əlbir olaraq 66 min manat dəyərində "İPhone 13 Promax” və qol saatlarını hava limanından qanunsuz Azərbaycana keçirməkdə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, bir müddət öncə Xətai Bağırovun Türkiyədə olan Məsim adlı tanışı ona zəng edərək gömrükdən 24 ədəd mobil telefon, 24 ədəd qol saatı keçirməkdə ona köməklik etməsini xahiş edib. Xətai isə millinin düşərgəsindən tanıdığı Xəzərə zəng edərək bu işi həll etməsini istəyib.

U-19 millisinin üzvləri Xorvatiyadan yarışdan qayıdarkən tranzit olaraq İstanbul hava limanına eniş edib. Bu zaman Məsim adlı şəxs Xətainin dediyi telefonları və saatları hava limanında Xəzərə verib. Xəzər komanda yoldaşları arasında sözükeçən futzalçı olduğundan hər futzalçıya iki-iki telefonları paylayıb. Xətai bildirib ki, telefonları bu formada keçirsələr, problem olmayacaq.

İş materiallarında qeyd edilib ki, telefonlar Azərbaycana gətirilərəkən açıq formada, qutusuz və aksesuarsız halda olub. Lakin Bakıda hava limanına endikdən sonra gömrük yoxlanışından keçən zaman futzalçılar saxlanılıb. Telefonlar və saatlar onlardan yığılıb. Məsələ ilə bağlı Xətai Bağırov və Xəzər Ağalızadə barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Xətai Bağırov məhkəmədə əməlin cinayət olduğundan xəbərsiz olduğunu deyib. O, Məsimi Bakıdan məhəllə uşağı kimi tanıdığını, ona görə də xahişini yerinə yetirdiyini bildirib. Xəzər Ağalızadə isə Xətainin futzalda ona çox dəstək göstərdiyini, "Araz Naxçıvan” komandasında bir yerdə oynadıqlarını, buna görə də onun xahişini yerinə yetirdiyini deyib.

Məhkəmə hər iki şəxsin şəxsiyyətini nəzərə alaraq hökm çıxarıb. Hökmə əsasən, futzalçılar hər biri 1500 manat cərimə olunub. Qeyd edilib ki, 24 ədəd "İphone 13 Pro Max” və 24 ədəd smart saat isə dövlət rüsumu ödənildikdən sonra onların özlərinə qaytarılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib