İpoteka kreditləri alanların nəzərinə: Qaydalarda dəyişiklik edildi

İpoteka kreditləri alanların nəzərinə: Qaydalarda dəyişiklik edildi
İQTİSADİYYAT
12:18 23.02.2021
815
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Sözügedən layihə işçilərin formal məşğulluğa marağının artırılması məqsədilə ipoteka kreditlərinin verilməsində muzdlu işlə əlaqədar əldə edilən, yəni əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər də daxil olmaqla, bütün gəlirlərin stimullaşdırıcı amil kimi nəzərə alınması imkanlarının genişləndirilməsi məqsədilə hazırlanıb. 

Layihədə muzdlu işlə əlaqədar əldə edilən gəlirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” altsisteminin məlumatları əsasında müəyyən edilməsi qeyd edilib ki, bu da öz növbəsində ipoteka krediti üçün müraciət etmiş şəxslərin rəsmi gəlirlərinin tam məbləğinin müəyyən edilməsinə şərait yaradacaq.

Belə ki, muzdlu (muzdla işləyənlər (muzdlu işçilər) - müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi bağlamış bütün işçilərdir) əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları məcburi dövlət sosial sığortaya cəlb olunan gəlir növləri hesab edildiyindən Nazirliyin "Sığorta” altsistemində əks olunur. Məhz bu səbəbdən "Sığorta” altsistemdən istifadə real gəlirlərin müəyyən olunmasına, eyni zamanda gəlirlərin tam məbləğinin bəyan edilməsinə şərait yaratmaqla formal məşğulluğa keçidi təmin etməkdə stimullaşdırıcı amil rolunu oynayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
08:46 29.10.2026
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:39 29.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
08:30 29.10.2026
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
08:23 29.10.2026
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
08:16 29.10.2026
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:06 29.10.2026
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
07:12 29.10.2026
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Maduronun işinə baxan hakim vəfat edib
07:00 29.10.2026
Maduronun işinə baxan hakim vəfat edib
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
06:48 29.10.2026
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib