İqballa baş-başa...

İqballa baş-başa...
Bütün Xəbərlər
23:14 15.02.2016
3780
İqballa baş-başa... 
("Qənirə Paşayeva ilə addım-addım Pakistan", 6-cı yazı “Dövlətlər şairlərin qəlbindən doğulur” Uyğunun (yuxunun) xəfif ölüm, ölümünsə ağır yük olduğunu fəhm edirdi dünyalarca məşhur Pakistan şairi Muhammed İqbal... 
Fərqidəydi ki, vüsal sevgini öldürür. Dərin bir əminliklə bəyan etməkdəydi ki, dövlətlər şairlərin qəlbindən doğulur, siyasətçilərin əllərində böyüyür və ölürlər. O, insana sığa biləni kainat, kainata sığa bilməyəni insan deyə tanıyırdı. 
Bütün ruhi yaşantıları baxımından bu böyük Pakistan şairi Türk dünyasının büyük sufi C.Ruminin mənəvi övladı kimiydi. Sevərəkdən bəyan edirdi ki, Mövlana eşqin rəhbəridir; sözləri susuzlara çeşmə, vücudu vəcdü-həyəcandır: “Rumini təqib edin, onun arxasınca yürüyün, o, hara gedirsə siz də gedin və bir müddət başqalarını tərk edin”. Elmi aydın, apacıq bir sual kimi dəyərləndirən Muhammed İqbal elə bu fikir ucalığından təhlükəni qüdrətin sınağı olduğunu bəyan edirdi. “Bir fəqirdən sultanlığın ruhunu, necəliyini, mənasını öyrən” səslənişi də onun – böyük Pakistan şairi Muhammed İqbalın könül bağçasından var olan həyat hekayətidi... 
Sonsuz dəryalar kimi “Hürr adam dərin və sonsuz, ucsuz-bucaqsız bir dərya kimidir” həqiqətində sonacan israrlı oldu Muhammed İqbal... Onun “hürr adam” deyə anlatdığının gerçək şəkli, simvolu kimi yaşayıb-yaratdı böyük Pakistan şairi Seyid Əhməd Şah! Bu, həmin Seyid Əhməd Şahdı ki, urdu dilində doğma Pakistanın düçar olduğu bütün bəlalara, qəzavü-qədərlərə qarşı xalqının etiraz səsini şeir və poemalarının baş mövzusu olaraq qəbul etmişdi. 
Sözün həqiqi mənasında mücadilə, istiqlal şairi idi. Öz dəyərini, azadlıq naminə yaşadığı ömrün qədir-qiymətini də yaxşı bilənlərdən idi: Dostlar öz yanğısının harayındaykən Qasırğalar önündə kimsə varmı? – Yoxsa elə tək mənəmmi? Bütün şəhər qar altında uyuyurkən Bu mövsümdə atəşdən köynək geyən İnsanlardımı, ya elə tək mənəmmi? Modern bir yaşam zamanında yazıb-yaratdıqlarının köksündə, iç dünyasında qos-qoca klassik şeir ənənəsinin avazını, ruhunu yaşatmaqdaydı əsl adı Seyid Əhməd Şah, ədəbi imzası Əhməd Faraz kimi tanınan bu böyük şair. Oxuduğum, tanış olduğum zamandan bəri bu böyük Pakistan şairinin aşağıdakı misralarını heç unutduğum olmadı ki: Məni gözləyib də öylə ağlama, Ağlama, onsuz da olanlar oldu. Ağlayıb könlünü xarab eylədin, İndi də gözündən ola bilərsən, Ağlama, onsuz da olanlar oldu... Hər cür zülmə, ədavətə qarşı şeirləri ilə təpki göstərən Əhməd Fariz şeirlərində xalqının azadlıq duyğusunu var gücüylə əsdirmiş, eyni zamanda zərif, xəfif duyğular şairi olaraq qala bilmişdi: Hansı çıraqlar divarda qaldı, Hansı çıraqlar yolda... Varıydı xəbəri hər bir çıraqdan Bizim bu şəhərin havalarının... Əvvəl dost, arkadaş, sonra yol Daha bir ziyarətgah çəkdi könlümü. Türbəsindən unudulmaz ruhu “əvvəl dost, arkadaş, sonra yol...” – deyə səslənən böyük filosof-şair Muhammed İqbalın türbəsini ziyarətə yürüdüm. Hər qədəmdə unudulmaz qitələri, hər biri böyük bir mənəviyyat daşıyıcısı olan kəlamları mənimlə oldu: Yurdunu tərk etmişdi Məcnun, çölü de tərk etsin, 
Söyləyin, görmək həvəsində isə Leylini də tərk etsin. Ey dərviş, burada, olqunluğa çatınca edilir ərək, Sən tək bu dünyanı tərk etmisən, o biri dünyanı da tərk et. Təqlid etməkdən daha yaxşıdır özünü yox etmək Özün axtar yolunu, Xızırı gözləməyi tərk et. Sanki qələmsən – dilin ellərin sözləriyle dolu Elin sözüylə gərəksiz öyünməyi tərk et. Bir az öncə də haqqında bəhs etmişdim. Muhammed İqbal böyük islam alimi, filosofu, şairi olmaqla bərabər, həm də bir siyasətçi olaraq Hindistandakı müsəlmanların azadlıq, müstəqillik mücadiləsini ilk dəfə dilə gətirib.Təsəvvüf düşüncəsi ilə yaşayan bir ata-ananın oğlu idi. İlk təhsilini Quran üzrə almışdı. İslam ədəbiyyatını yetərincə əxz etmişdi. Londonda universitet tələblərinə dərs dediyi üç il müddətində İslamı dərk etdirməyə böyük çaba göstərməklə bərabər, hüquq elmini əxz etmişdi. Almaniyadan fəlsəfə doktoru kimi dönmüşdü. Mövlana şamının pərvanələrindən idi. Siyasi müstəvidəki baxışları “siyasət – çalışmaq, izzət və şərəfə dəvət etməkdir” şəklindəydi. İngilis işğalına qarşı dirəniş göstərməkdə onun şeirləri önəmli rol oynamışdı. Bu yöndən böyük türk şairi Mehmet Akif Ersoyla müqayisə edilməkdədi. Qurtuluş Savaşı illərindəki zor durumda Pakistan xalqını türk xalqının dəstəkləməsi üçün soydaşlarından 1,5 milyon sterlinq toplayıb, Ankara hökumətinə yollamışdı. 
Belə yazmaqdaydı ki: Mənliyinizi qızıl-gümüş əvəzində satma, Qığılcım əvəzində alov verməzlər... Yazmaqdaydı ki: Sürməsindən əcəmin gözü incə görüşlü olan, Və həqiqətləri görən Firdovsi belə deyir – Para yolunda pis və alçaq təbiətli olma, Parasız da yaxşı xasiyyətini tərk edən olma... Şah əsəri olan “Cavidnamə”nin adından kiçik oğlu Cavidə ad vermişdi Muhammed İqbal. Bu, o Caviddi ki, illər sonrası yazacaqdı: “Güney Afrika müsəlmanları 1933-cü ildə gəlib atama uzunömürlü olması üçün dua etdikləri zaman, atam onlara belə söylədi: “Mən edə bildiklərimi etdim. Artıq mənim üçün yox, Mustafa Kamal və Muhammed Əli Jinnah üçün dua edin”. Son yeddi yüz ilin ən böyük islam mütəfəkkirlərindən biri olaraq qəbul edilir Muhammed İqbal. 
Elə bu böyük şairin unudulmazlığı üzünə yazılıb bu misralar: Kimsən? Hardasan ki, göy üzü Minlərcə ulduz göz yetirib sənə baxır...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü