İqtisadiyyat naziri: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”

İQTİSADİYYAT
16:26 30.06.2020
703
"Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etmirəm”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinqdə deyib.

Onun sözlərinə görə, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır: "Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir”.

M.Cabbarov qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi vacibdir: "Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”. Nazir əmin olduğunu bildirib ki, birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:21 11.07.2020

Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

15:03 11.07.2020

Prezident icra başçısını işdən çıxardı

14:49 11.07.2020

"Kaş yanımda olardın səni qoxlayardım" - Qızı Xanım Qafarovanı andı - FOTO

14:41 11.07.2020

"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"

14:24 11.07.2020

Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq

14:07 11.07.2020

Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib - VİDEOREPORTAJ

13:44 11.07.2020

35 dərəcəyədək isti olacaq - HAVA PROQNOZU

13:38 11.07.2020

Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi

13:33 11.07.2020

Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var

13:01 11.07.2020

Millimizin yeni baş məşqçisi: "Azərbaycana pul üçün gəlmirəm"

12:56 11.07.2020

Daha bir jurnalist koronavirusdan sağaldı

12:47 11.07.2020

Azərbaycanda dəhşətli qətl: İki qardaş əmilərini baltaladı

12:37 11.07.2020

Gələn həftədən Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

12:12 11.07.2020

Nizami rayonundakı parkda qanunsuz tikilən restoran söküldü - FOTO - VİDEO

11:59 11.07.2020

Kürdə batan daha bir nəfərin meyiti tapıldı

11:43 11.07.2020

Türkiyənin Antalya şəhərinə turist axını başlayıb