İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalandı

İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalandı
İQTİSADİYYAT
13:32 20.04.2021
572
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın "Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (NEXI) arasında Ümumi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AZXEBER.COM bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənədi nazir Mikayıl Cabbarov və NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar. Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar keçirilən tədbirdə M.Cabbarov Azərbaycan və Yaponiya arasında qarşılıqlı etimadın yapon şirkətlərinin ölkəmizdə fəaliyyətinə və investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. O, bildirib ki, Yaponiya Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və NEXI arasında uğurlu tərəfdaşlıq qarşılıqlı ixracın artmasına, investisiya və ixrac sığortası sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır. Bu gün imzalanan Memorandum isə yeni tərəfdaşlıq istiqamətlərini və investisiyaları stimullaşdıracaq.

M.Cabbarov Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, istehsal və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanın rəqəmsallaşma dövründə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb və ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub. Azərbaycanda bu Mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, 4-cü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqinə təkan verəcək.
 
Nazir Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, xarici investorlar üçün xüsusi təşviq proqramlarının, xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimiz təbii resurslarla zəngin olmaqla yanaşı, sənaye, aqrar, tranzit, turizm və s. baxımından xüsusi əhəmiyyət kəsb edir. O, yapon şirkətlərini imzalanan Memorandumda da əksini tapan imkanlardan yararlanmağa və Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa dəvət edib.

Tədbirdə çıxış edən NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda Azərbaycan-Yaponiya ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi baxımından Anlaşma Memorandumunun önəmini vurğulayıb.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iki ölkə arasında əlaqələrin inkişafından danışıb, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikirlərini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq