İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edib

İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edib
Bütün Xəbərlər
18:30 23.11.2013
608

Noyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəydə vətəndaşları qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət Evində təşkil olunmuş qəbulda Ş. Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.(APA)

OXŞAR XƏBƏRLƏR