İran: ABŞ atəşkəsi dəfələrlə pozaraq diplomatik prosesə zərər verir

İran: ABŞ atəşkəsi dəfələrlə pozaraq diplomatik prosesə zərər verir
DÜNYA
14:21 10.06.2026
99

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İranın cənub bölgələrinə yönəlmiş hücumları ilə bağlı sərt açıqlama verib.

 

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Bəqayi ABŞ-nin atəşkəsi dəfələrlə pozduğunu və bunun diplomatik prosesə mənfi təsir göstərdiyini bildirib.

 

"ABŞ-nin atəşkəsi dəfələrlə pozması və ziddiyyətli açıqlamalar verməsi diplomatik prosesə zərər verir. Eyni zamanda sionist rejimin Livanda tez-tez atəşkəsi pozması da prosesə mənfi təsir göstərir. Diplomatik proseslər güc tətbiqindən zərər görür”, – deyə o vurğulayıb.

 

Jurnalistlərin suallarını cavablandıran Bəqayi qeyd edib ki, diplomatiyanın inkişaf etməsi üçün minimum fəaliyyət mühiti lazımdır. O, atəşkəsə baxmayaraq İranın cənub bölgələri və Livana edilən hücumlara etirazını ifadə edib.

 

İran rəsmisi əlavə edib ki, diplomatiya və hərbi güc ölkənin maraqlarının qorunması üçün paralel vasitələrdir.

 

"Silahlı qüvvələr lazım olan hər yerdə düşmənə cavab verəcək. Dünən gecə baş verənlər göstərdi ki, silahlı qüvvələr ölkənin müdafiəsindən çəkinməyəcək. Ölkənin müdafiəsi üçün lazım gələrsə diplomatiya, lazım gələrsə hərbi gücdən istifadə olunacaq”, – deyə Bəqayi bildirib.

 
Gülay
OXŞAR XƏBƏRLƏR