"İran agentləri Azərbaycana soxulub hökuməti devirməyə çağırır" - ABŞ-dan şok bəyanat

"İran agentləri Azərbaycana soxulub hökuməti devirməyə çağırır" - ABŞ-dan şok bəyanat
SİYASƏT
15:47 07.02.2017
2912
ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys "İsrael Project” forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib.

Ed Roys forumdakı çıxışında əvvəlcə İranın bu günlərdə keçirdiyi ballistik raket sınaqlarına toxunub. O, deyib ki, İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir və ABŞ administrasiyası Tehranın nəzərinə bu addımın cavabsız qalmayacağını çatdırmalıdır.

Daha sonra konqresmen bildirib ki, İran region ölkələrinə təhdid yaradır. Ed Roys bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu regional təhlükəsizlik üçün təhdiddir və sanksiyalara məruz qalmalıdır. Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır.

Ed Roys İranın Azərbaycan üçün də "təhdid olduğunu” deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: "Siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz. Siz bu rejimi devirməyə çalışmalısınız”. Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.

Xatırladaq ki, Donald Tramp İranı "terrorun bir nömrəli sponsoru” adlandırıb və Obama administrasiyasının İranla bağladığı nüvə sazişini ləğv edəcəyini bildirib. (virtualaz.org)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlandı
19:17 16.04.2025
Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlandı
Qırğızıstanda prezident seçkiləri 2027-ci ilin yanvarında keçiriləcək
19:06 16.04.2025
Qırğızıstanda prezident seçkiləri 2027-ci ilin yanvarında keçiriləcək
“O, Azərbaycanın dostu idi” - Prezidentdən başsağlığı
18:52 16.04.2025
“O, Azərbaycanın dostu idi” - Prezidentdən başsağlığı
"Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan moratoriumun müddəti ilə bağlı hələ qərar yoxdur"
18:40 16.04.2025
"Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan moratoriumun müddəti ilə bağlı hələ qərar yoxdur"
XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir
18:28 16.04.2025
XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir
İran XİN başçısı: Uranın zənginləşdirilməsi prinsipi ABŞ ilə müzakirə mövzusu deyil
18:11 16.04.2025
İran XİN başçısı: Uranın zənginləşdirilməsi prinsipi ABŞ ilə müzakirə mövzusu deyil
Zaqatalada 35 yaşlı kişi dəm qazından ölüb
18:00 16.04.2025
Zaqatalada 35 yaşlı kişi dəm qazından ölüb
Şərurun bəzi kəndlərində sabah qaz olmayacaq
17:39 16.04.2025
Şərurun bəzi kəndlərində sabah qaz olmayacaq
Sel suları Ağsuda yolu yararsız hala saldı
17:38 16.04.2025
Sel suları Ağsuda yolu yararsız hala saldı
Hidrometeorologiya Xidməti: Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb
17:33 16.04.2025
Hidrometeorologiya Xidməti: Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb
Prezident bu komitənin tərkibində dəyişiklik etdi
17:25 16.04.2025
Prezident bu komitənin tərkibində dəyişiklik etdi
Pezeşkian:  Tehranla Vaşinqtonun birbaşa olmayan danışıqları normal keçir
17:11 16.04.2025
Pezeşkian: Tehranla Vaşinqtonun birbaşa olmayan danışıqları normal keçir
Polis Qaradağda kanala düşən sürücünü xilas edir - ANBAAN GÖRÜNTÜ
16:53 16.04.2025
Polis Qaradağda kanala düşən sürücünü xilas edir - ANBAAN GÖRÜNTÜ
Xınalıqda 1 metrə yaxın qar yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
16:43 16.04.2025
Xınalıqda 1 metrə yaxın qar yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
Nazir müavini təyin olunan Vüsal Nəsirli kimdir? - DOSYE
16:37 16.04.2025
Nazir müavini təyin olunan Vüsal Nəsirli kimdir? - DOSYE
Dövlət Xidməti: Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçib
16:29 16.04.2025
Dövlət Xidməti: Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçib