İran Azərbaycan-İsrail sazişi ilə bağlı izahat tələb etdi

İran Azərbaycan-İsrail sazişi ilə bağlı izahat tələb etdi
Bütün Xəbərlər
15:05 29.02.2012
1593

İran Azərbaycandan hərbi təyinatlı məhsulun təchizatı ilə bağlı Azərbaycan-İsrail sazişi ilə bağlı izahat tələb edib.

AZXEBER.COM İranın Fars agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona Azərbaycan ərazisindən "İrana qarşı terror aksiyalarının" reallaşdırılmasında istifadə olunmasının mümkünsüz olduğu bildirilib. 

İran agentliyinin məlumatına görə, səfir isə bildirib ki, İsrail tərəfindən silah alınması "yalnız Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün nəzərdə tutulub və üçüncü ölkələrə, əsasən də İran İslam Respublikasına qarşı istifadə olunmayacaq". Fars agentliyinin məlumatına görə, İran XİN-i isə "İrana həmsərhəd ölkələrdə İsrail rejiminin gücləndirilmiş təsirindən" ciddi narahat olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR