Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ökənin Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi ilə görüşüb. Bu barədə məlumat Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumata görə, səfir İranda 11 avqust tarixdə baş vermiş zəlzələ nəticəsində həlak olanların yaxınlarına bir daha başsağlığı verib və blidirib ki, Azərbaycan zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımı davam etdirmək niyyətindədir. Bu məqsədlə zəlzələnin baş verdiyi qəsəbələrdən birində müasir məktəb və ya xəstəxananın tikintisi ilə bağlı Azərbaycan hökumətinin təklifini vilayətin başçısına təqdim edib.