İran bankı Bakıda öz ölkəsinin vətəndaşını məhkəməyə verdi
Bütün Xəbərlər
13:07 18.05.2012
1219
İran İslam Respublikasının (İİR) banklarından biri Bakıda İran vətəndaşını məhkəməyə verib. Femida.az-ın məlumatına görə, Bank Melli İranın məhkəmə iddiasında kreditin və faizlərin ödənilməsi tələb olunub. İddiada İİR vətəndaşı ilə yanaşı bir nəfər Azərbaycan Respublikasının vətəndaşı və bir MMC-nin adı da keçir.İddiaya Xətai rayon Məhkəməsində baxılıb və təmin olunub. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qətnaməni qüvvədə saxlayıb.