İran hərbi təlimlərə başladı

İran hərbi təlimlərə başladı
DÜNYA
09:08 31.12.2012
1556
İran Oman körfəzi ilə Fars körfəzini birləşdirən Hörmüz boğazında hərbi təlimlərə başlayıb. Dünya neftinin beşdə birinin daşındığı boğazda, hərbi oyunlara, döyüş gəmiləri, helikopterlər, sualtıgəmilər, reaktiv təyyarələr və hava yastığları cəlb edilib.Təlimlər Qərbin İranın nüvə proqramına qarşı təzyiqləri gücləndirdiyi bir vaxta təsadüf edir. ABŞ və müttəfiqləri İranın uran zəngilləşdirilməsi proqramı ilə enerji deyil, atom silahına nail olmağa çalışdığını iddia edir. Rəsmi Tehran isə bu iddiaları rədd edərək, nüvə proqramının dinc məqsəd daşıdığını bildirir. Hörmüz boğazındakı hərbi təlimlər yanvar ayının 3-ə kimi davam edəcək.
OXŞAR XƏBƏRLƏR