İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazını bağlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. AZXEBER.COM "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə iyunun 19-da İran Xarici İşlər Nazirliyi məlumat yayıb. "Bəzi KİV-lərin Hörmüz boğazının bağlanması ilə bağlı iddiaları həqiqətəuyğun deyil", - deyə İran XİN-in bəyanatında bildirilib. Qeyd edək ki, ABŞ və İran iyunun 17-də atəşkəs əldə ediblər və Hörmüz boğazı gəmilərin hərəkəti üçün açılıb.