İran İsrailə cavab verdi

İran İsrailə cavab verdi
Bütün Xəbərlər
22:30 13.02.2012
1712
İran İslam Respublikası Hindistan və Gürcüstan paytaxtlarında İsrail diplomatlarına məxsus avtomobillərin minalanmasında əli olması barədə ittihamları rədd edib. Bu gün İslam Respublikasının Hindistandakı səfiri müvafiq bəyanatla çıxış edib.Səfir Mehdi Nəbizadənin sözlərinə görə, İran istənilən terror hücumunu pisləyir: “Biz İsrail rəsmilərinin bütün uydurma şərhlərini təkzib edirik. Bu ittihamlar əvvəlki kimi yalan və iftiradan ibarətdir”.Xatırladaq ki, İsrail Hindistanda və Gürcüstanda İsrail diplomatlarına qarşı baş verən terror aktı və terror cəhdində İranı günahlandırmışdı.
OXŞAR XƏBƏRLƏR