İran “neftsiz büdcə”yə hazırlaşır

İran “neftsiz büdcə”yə hazırlaşır
DÜNYA
05:23 14.11.2026
58
İran "sıfır neft gəliri” ilə büdcə layihəsi hazırlamağa başlayıb.

Bu haqda İranın Planlaşdırma və Büdcə Təşkilatının rəsmisi Məhəmməd Mehdi Qasımi deyib.

Onun sözlərinə görə, ABŞ-ın blokadası davam edəcəyi təqdirdə 2027-ci ildə neft gəlirlərinin sıfra enməsi ssenarisinə hazırlaşmaq üçün İran rəsmilərinə müvafiq göstəriş verilib.

"Tehran hazırda maaşların, pensiyaların və digər zəruri xərclərin ödənilməsi üçün alternativ yollar axtarır. İran hökuməti uzunmüddətli neft gəlirləri böhranına qarşı rəsmi hazırlıq görür”, - Qasımi bildirib.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR