Rusiya texnologiyaları Türkiyənin tam etibar edə biləcəyi texnologiyalardır.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.
"Niyə Rusiya ilə, məhz "Rosatom”la əməkdaşlığa başladıq? "Rosatom” və Rusiya texnologiyaları bizim tam etibar edə biləcəyimiz texnologiyalardır. Bu, heç bir mübahisə doğurmur. "Rosatom”un 2010-cu ildə bizə təklif etdiyi şərtlər rəqabətədavamlı idi və buna görə də bu təklifdən imtina edə bilməzdik. "Rosatom”un təklif etdiyi şərtlər bizim üçün ideal idi. Hazırda "Akkuyu” ilə bağlı proseslərin 50%-dən çoxu lokallaşdırılıb. Yəni biz təkcə "Rosatom”a güvənməklə kifayətlənmir, eyni zamanda özümüz də inkişaf edirik”, - o bildirib.
///axar.az











































