İran rəsmisi: ABŞ konqres seçkilərini keçirənədək hərbi münaqişəyə girməyəcək

İran rəsmisi: ABŞ konqres seçkilərini keçirənədək hərbi münaqişəyə girməyəcək
DÜNYA
08:59 05.10.2026
190
İranda ABŞ-də konqres seçkiləri keçirilənədək ABŞ-nin hərbi əməliyyatları bərpa etməyəcəyinə inanılır.

İRNA xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Brucerdi deyib.

O, Hörmüz boğazına nəzarətin İranın dəyişməz siyasəti olduğunu bildirib.

"Məncə, amerikalılar konqres seçkilərini keçirənədək prinsip etibarilə kəskin hərbi və əməliyyat mərhələsinə keçməyəcəklər. Lakin belə bir addım atsalar da, İran İslam Respublikasının silahlı qüvvələri və xalq tam hazırdır. Hörmüz boğazı İran İslam Respublikasının nəzarətindədir və mövqelərimizdən geri çəkilməyəcəyik", - Brucerdi vurğulayıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR